gözlərinin ağı saralmaq

someone has a sickly look человек с болезненным (больным) видом
gözlərinin acısını almaq
gözlərinin çanağı dərinə düşmək
OBASTAN VİKİ
Ağı
Ağı — şifahi xalq şerində yas mərasimi ilə bağlı qüssə, dərd, kədər ifadə edən poetik forma. Ağı faciəli, sarsıntılı hadisələrlə, əsasən, ölümlə bağlı söylənir. Vaxtı ilə qədim türklərdə, eləcə də bu ailəyə daxil olan azərbaycanlılarda dünyasını dəyişmiş adamın cəsədinin yanında ağıları, əsasən qopuz adlı musiqi alətinin müşayiətilə oxumuşlar. Ə.Haqverdiyev yazır: "Qədim Azərbaycanda ölən böyük qəhrəmanlar üçün ağlamaq bir adət idi. Qəhrəman ölən günü camaatı bir yerə toplayardılar. Bu toplantıya "yuğ" deyərdilər (ağlamaq - yuğlamaq sözündəndir). Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş "yuğçular" isə ikisimli qopuz çalıb oynayardılar. Yuğçu əvvəlcə mərhum qəhrəmanın igidliklərini danışıb onu tərifləyərdi. Sonra isə qədim havalara keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı".
Bir röya üçün ağı (film, 2000)
Bir yuxu üçün rekviyem (ing. Requiem for A Dream) Darren Aronofskinin 2000-ci ildə çəkdiyi dram və cinayət janrlı film. Hubert Selby Jr.'ün 1978də çap olunmuş romanından, 2000-ci ildə ekranlaşdırılıb. Başrollarında Ellen Burstyn, Jennifer Connelly, Marlon Wayans ve Jared Leto yer alır. Ellen Burstyn bu film ile 2000 Ən Yaxşı Aktrissa Oscar mükafatına namizəd olmuştur. == Mövzusu == Film müasir dünyada gəncləri ən çox zəhərləyən narkotik, bu bağlılığın yol açdığı əxkaqsızlıqlar və televiziya bağlılığından həyatları alt-üst olan 4 insandan danışır. Narkotik bağımlısı bir gənc, televizor bağımlısı anası və aralarında gündən-günə yüksələn bir uçurum… Narkotik batağı içərisindəki Harry’nin həyatdaki tək məqsədi daha çox narkotikdir. Ümidsiz anasını isə həyata bağlayan tək şey ən sevdiyi yarışma programıdır. Bir gün bu yarışmada iştirak haqqı kazananda tək düşündüyü şey qalib olmaq və bu zaman qırmızı paltarını geyinmiş olmaqdır. Yaşlı, dul ve bədbəxt qadın arıqlama həbləri atmağa başlayır.